Keçid linkləri

2024, 28 Fevral, çərşənbə, Bakı vaxtı 14:15

Azərbaycan NATO baş katibi nümayəndəsinin səfərini təxirə salıb


Xaviyer Kolomina
Xaviyer Kolomina

NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir və bu qənaətdədir ki, bu istiqamətdə onların arasında razılaşdırılmış prinsiplər indiki mərhələdə dəyişdirilməməlidir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolomina Ermənistanın Armenpress dövlət xəbər agentliyinə müsahibəsində deyib.

Kolomina deyib ki, NATO sülh danışıqlarının mümkün qədər tez bərpa olunmasını istəyir.

NATO nümayəndəsi bunu da vurğulayıb ki, o danışıqların ikitərəfli formatda, ABŞ və Avropa İttifaqı platformalarında davam etdirilməsinə tərəfdardır:

"Bizim üçün ən mühüm olanı, davamlı sülh də daxil yekun nəticədir. Çünki bu, Qafqazlarda stabillik üçün çox mühümdür”.

Prinsiplər dəyişdirilməməlidir

Kolomina əlavə edib ki, NATO son nəticədə sülhə aparacaq nə varsa onu dəstəkləyəcək:

"Biz inanırıq ki, bu prosesin əsasını təşkil edən prinsiplər – suverenliyə və ərazi bütövlüyünə hörmət fundametal səciyyə daşıyır. Bu, bizim üçün çox mühüm olan prinsiplərdən biridir. Əlbəttə, biz inanırıq ki, həmin prinsiplərlə yanaşı sərhədlərin demarkasiyası, qarşılıqlı asılılıq da prosesin bir hissəsidir. Əlbəttə, iki tərəf bu prinsipləri başqa prinsiplərlə əvəz etmək qərarına gələnədək. Amma artıq razılaşdırılmış prinsiplər bu mərhələdə dəyişdirilməməlidir”.

Kolomina vurğulayıb ki, o 2021-ci ilin sentyabrından regiona 7 səfər edib və bu, son 10 ildə olduğundan çoxdur.

Bakıya səfər baş tutmayıb

NATO baş katibinin xüsusi nümayəndəsi xatırladıb ki, o Ermənistana bu yaxınlarda (Yanvarın 19-da) səfər edib, baş nazir Nikol Paşinyanla, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla, xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri ilə görüşüb.

Kolomina bu görüşlərin “məhsuldar və mühüm” olduğunu deyib:

"Biz həm də Ermənistanın xarici və müdafiə siyasətlərində qəbul etdiyi qərarlardan, icra etməyə çalışdığı siyasət dəyişikliklərindən məmnunuq. Mən bilirəm ki, bunları icra etmək çox çətin qərardır və bu, uzun müddət tələb edəcək, amma biz partnyorlarımızın bizə yaxınlaşmasını istəyirik. Ermənistan hazırda məhz bunu edir”.

Kolomina bunu da qeyd edib ki, onun səfəri regional olsa da, o yanvarın əvvəllərində Bakıya gedə bilməyib, çünki Azərbaycan qarşıdan gələn seçki ilə bağlı bu səfəri təxirə salıb:

"Odur ki, mən çatdırmaq niyyətində olduğum mesajları çatdıra bilməmişəm. Bu mesajlardan biri çox aydındır: sülh danışıqlarını mümkün qədər tez bərpa edin”.

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG